525.Az

Hindistan kosmosa robot göndərəcək


 

Hindistan kosmosa robot göndərəcək<b style="color:red"></b>

Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı digər ölkələr kimi kosmosa ilk olaraq heyvan göndərməyəcək.

Trend-in məlumatına görə, təşkilat uçuş üçün android-robot hazırlayır.

Qeyd olunur ki, Hindistan istehsalı olan bu robot demək olar ki, hazırdır və yaxın zamanlarda sınaqlar başlayacaq.

Robotun 2020-ci ilin sonunda və 2021-ci ilin iyulunda kosmosa göndəriləcəyi nəzərdə tutulub.

Bu uçuşların uğurlu olacağı təqdirdə Hindistan 2021-ci ilin dekabrında pilotlu uçuş keçirə bilər.

 





18.01.2019    çap et  çap et