525.Az

"Antibiotik satışının Azərbaycandakı qədər sadə olduğu ikinci ölkə tanımıram"


 

"Antibiotik satışının Azərbaycandakı qədər sadə olduğu ikinci ölkə tanımıram"<b style="color:red"></b>

Mən antibiotiklərin satışının Azərbaycandakı qədər sadə olduğu ikinci bir ölkə tanımıram.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Ə.Əmiraslanov qeyd edib ki, dünya ölkələrində antibiotiklərin reseptsiz satılması mümkün deyil:

“Antibiotikləri lazım oldu-olmadı istifadə etmək son dərəcə təhlükəlidir. Son elmi məqalələrdən də aydın görünür ki, onlar hətta insanların genetik mutasiyasına təsir edir. Antibiotikdən istifadə nəticəsində insanlarda müəyyən qüsurların yaranması barədə məlumatlar var. Antibiotiklərlə bağlı çox ciddi qanun-qayda yaradılmalıdır”.

Millt vəkili qeyd edib ki, reseptsiz antibiotik satılmamılı, bu dərman vasitələrinin keyfiyyətinə nəzarət artırılmalıdır: “Təəssüflər olsun ki, bəzən biz keyfiyyətsiz antibiotiklərə də rast gəlirik”.

 





18.01.2019    çap et  çap et