525.Az

Tramp və Kim arasında növbəti görüş fevralın sonlarında baş tutacaq


 

Tramp və Kim arasında növbəti görüş fevralın sonlarında baş tutacaq<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp vı Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In arasında növbəti görüş fevral ayının sonlarında baş tutacaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidentinin KXDR-nın Əmək partiyasının vahid cəbhə şöbəsinin müdiri Kim Yon Çxolla görüşünün yekunları üzrə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

S.Sanders deyib: "Donald Trampın və Kim Yon Çxolun görüşü 1 saat 30 dəqiqə davam etdi. Onlar denuklearizasiya və fevralın ayının sonlarına yaxın baş tutacaq ikinci sammiti müzakirə etdilər. Prezident [KXDR] lideri Kim Çen Inla görüşü səbirsizliklə gözləyir. Görüş yeri daha sonra elan ediləcək".

 





19.01.2019    çap et  çap et