525.Az

“Foreign Policy” ənənəvi ampluasında


 

“Foreign Policy” ənənəvi ampluasında<b style="color:red"></b>

ABŞ-ın “Foreign Policy” nəşri növbəti dəfə antiazərbaycan xarakterli məqalə dərc edib. Bu, Dövlət Departamentində kök salmış antiazərbaycan qüvvələrin ölkəmizə qarşı növbəti qara piar kampaniyasının tərkib hissəsidir.

Bəzi xarici QHT-lər bu istiqamətdə canfəşanlığı ilə seçiliblər və onların “hesabatları” antiazərbaycan qüvvələri üçün əmsal təşkil edib. Bu da təsadüfi deyil. Çünki həmin qüvvələr Azərbaycan haqqında üstüaçıq şəkildə deyə bilmədikləri “ifadələri”, sərgiləmək istədikləri nifrətlərini onların vasitəsi ilə açıqlayır, sonra isə bu ifadələri özləri üçün istinad mənbəyinə çevirirlər. Necə deyərlər, özün bişir, özün ye. Eyni tendensiya yeni məqalədə də aydın şəkildə özünü büruzə verir.

Yerli ekspert dairələrində bildirilir ki, məqalədə yer alan müddəalar həqiqəti əks etdirmir və tamamilə böhtan xarakterlidir. Heç bir kənar qüvvənin Azərbaycan demokratiyasını müzakirə etməyə mənəvi haqqı yoxdur. Həmin qüvvələr hər şeydən əvvəl öz ölkələrindəki vəziyyəti obyektiv müzakirə etsələr, daha məqbul olardı.

Qeyd olunur ki, Azərbaycanda hökumət korrupsiyanın tamamən aradan qaldırılması istiqamətində mühüm addımlar atıb, islahatlar aparıb və “ASAN Xidmət” timsalında özünün brendini yaradıb. Azərbaycanın bu fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilib və nümunə kimi digər ölkələrə, hətta Avropanın özünə təklif olunub. Nədənsə Azərbaycanın bu uğurunu məqalə müəllifləri görmək belə istəməyiblər. Onların niyyəti əvvəlcədən müəyyən edildiyinə görə məqalənin mətni Azərbaycan üçün sürpriz deyil.

AZAD

 





19.01.2019    çap et  çap et