525.Az

Ukraynada 20 Yanvar faciəsinin qurbanları yad edildi


 

Ukraynada 20 Yanvar faciəsinin qurbanları yad edildi<b style="color:red"></b>

Yanvarın 17-də Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun ofisində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Kiyev Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatı, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşkil etdiyi tədbirdə rəsmi dairələrin nümayəndələri, Azərbaycan diasporunun rəhbərləri və fəalları, hər iki ölkənin tanınmış elm və mədəniyyət nümayəndələri, eləcə də yerli və xarici mətbuatın təmsilçiləri iştirak ediblər.

Tədbirdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və hadisələrlə bağlı sənədli film nümayiş olunub. Daha sonra tədbiri təşkil edən təşkilatların rəhbərləri - Oleq Krapivin, Hikmət Cavadov, Rövşən Tağıyev və digərləri çıxış edərək Qanlı Yanvar hadisələri ilə bağlı təəssüratlarını bölüşüblər.

CEYHUN

 





20.01.2019    çap et  çap et