525.Az

Rövşən Rzayev İmişlidə məcburi köçkünləri qəbul etdi


 

Rövşən Rzayev İmişlidə məcburi köçkünləri qəbul etdi<b style="color:red"></b>

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dünən İmişlidə vətəndaşları qəbul edib.

Dövlət komitəsindən verilən məlumata görə, qəbulda İmişli, Biləsuvar, Saatlı, Sabirabad rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkün vətəndaşlar iştirak ediblər. Onların müraciətləri əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, status, kommunal xidmətlər, vahid aylıq müavinətin təyin edilməsi və digər məsələlərlə bağlı olub.

Məcburi köçkünlərə xatırladılıb ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşların sosial problemlərinin həllinə böyük diqqət və qayğı göstərir. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər görülür, onlar üçün hər cür infrastrukturu olan yaşayış komplekslərinin inşası davam etdirilir. Bu il Beyləqan, Şirvan və digər yerlərdə belə yeni qəsəbələr istifadəyə veriləcək.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələri yeni evlərə və mənzillərə köçürülür. Köçürülmə prosesinin ədalətli və şəffaf şəkildə aparılmasına ölkə rəhbərliyi tərəfindən ciddi nəzarət təmin olunur.

Qəbulda iştirak edən vətəndaşların müraciətlərinin bir qismi yerində həll edilib.

Dövlət komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

C.ABASOV

 





20.01.2019    çap et  çap et