525.Az

Əjdər Ol İstanbulda Türk Ədəbiyyatı Vəqfinin qonağı olub


 

Əjdər Ol İstanbulda Türk Ədəbiyyatı Vəqfinin qonağı olub<b style="color:red"></b>

İstanbuldakı Türk Ədəbiyyati Vəqfində Azərbaycanın tanınmış şairi və nasiri Əjdər Olun iştirakı ilə “Türkün könül coğrafiyası” adlı konfrans keçirilib.
 
Tədbir zamanı ədibin qələm dostu, tərcüməçi İmdad Avşarın çevirdiyi və Vəqfin nəfis tərtibatda nəşr etdirdiyi “Tütün limanı” hekayələr toplusunun təqdimatı da gerçəkləşib. Vəqfin başqanı Sərhəd Kabaklının Əjdər Ol haqqında dolğun təqdimatından sonra tədbir İmdad Avşarın moderatorluğu ilə davam edib.

Əjdər Ol öz yaradıcılığı barədə geniş danışaraq, bu nəşrdə və digər kitablarında yer alan əsərlərinin mövzu qaynağından söz açıb, onların əsasən gerçəkçiliyə söykəndiyini vurğulayıb. Deyib ki, həyat və fəaliyyət yolunda bir çox maraqlı hadisələrin canlı şahidi olaraq gördüklərini bədii formada oxucularına çatdırmağa çalışıb. Poetik yaradıcılığından bir neçə nümunə söyləyən Əjdər Ol iştirakçıların onunla daha yaxından tanışlığına imkan yaradıb.

Oxucuları maraqlandıran sualları cavablandırdıqdan sonra məşhur ozan Əsəd Kabaklı Əjdər Ola Vəqfin fəxri plaketini təqdim edib. Sonda Əjdər Ol yeni çıxan kitabını tədbir iştirakçıları üçün imzalayıb.

 





20.01.2019    çap et  çap et