525.Az

"20 Yanvar tarixi Azərbaycanın müstəqilliyini qazanması yolunda əsaslı dönüş oldu"


 

"20 Yanvar tarixi Azərbaycanın müstəqilliyini qazanması yolunda əsaslı dönüş oldu"<b style="color:red"></b>

20 Yanvar tarixi Azərbaycanın müstəqilliyini qazanması yolunda əsaslı bir dönüş oldu.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın tarixində çox önəmli gündür: "Bu gün matəm günüdür. 1990-cı ilin bu günü bir çox qardaşımızı şəhid verdik. Dərdimiz böyükdür. Eyni zamanda bu, Azərbaycanın süverenlik tarixində önəmli gündür. Çünki 20 Yanvar tarixi Azərbaycanın müstəqilliyini qazanmasında əsaslı bir dönüş oldu".

Səfir qeyd edib ki, 20 Yanvar Milli qürur günüdür: "Bu qürür yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür. Biz də həmin gün şəhid olanlarımızı ehtiramla anırıq".

 





20.01.2019    çap et  çap et