525.Az

BDU-da yeni magistratura yaradılacaq


 

BDU-da yeni magistratura yaradılacaq<b style="color:red"></b> Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Maks Plank adına Xarici və Beynəlxalq Cinayət Hüququ üzrə Fraybur İnstitutunun (Almaniya) direktoru Hans Albrexti qəbul edib.

525.az-ın məlumatına görə, universitet haqqında məlumat verən akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiyasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb.

Hans Albrext rektor Abel Məhərrəmovla görüşdən əvvəl BDU-nun Hüquq fakültəsinin müəllim və tələbələrinə mühazirə oxuyub, verilən suallara ətraflı cavab verib. Qonaq akademik Abel Məhərrəmovla söhbətddə BDU ilə əməkdaşlıq qurulmasında maraqlı olduğunu bildirib.

Akademik Abel Məhərrəmov öz növbəsində BDU-nun Maks Plank adına Xarici və Beynəlxalq Cinayət Hüququ üzrə Fraybur İnstitutu ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Görüşün nəticəsi olaraq, qərara alınıb ki, gələn il BDU-da Transmilli Cinayətkarlıq üzrə magistratura yaradılacaq, universitetin tələbələri və gənc alimləri Maks Plank adına Xarici və Beynəlxalq Cinayət Hüququ üzrə Fraybur İnstitutunun doktoranturasına göndəriləcək.

S.QARAYEVA
 





09.10.2012    çap et  çap et