525.Az

Rusiyanın ən yaşlı sakini öldü


 

Rusiyanın ən yaşlı sakini öldü<b style="color:red"></b>

Rusiyanın ən yaşlı sakini vəfat edib.

Trend-in məlumatına görə, Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Baksan rayon sakini Nanu Şaova Tsukovna 128 yaşında dünyasını dəyişib.

Bu uzunömürlü qadın hələ 2017-ci ildə ən yaşlı sakin kimi Rusiyanın rekordlar kitabına düşüb.

8 övladı, 19 nəvəsi, 33 nəticəsi və 7 kötükcəsi olan N.Tsukovnanın sağlığında da dünyada ən yaşlı insan olduğu bildirilir.

 





21.01.2019    çap et  çap et