525.Az

Ermənilərin Azərbaycan torpaqlarında vəhşilikləri davam edir (FOTO)


 

Ermənilərin Azərbaycan torpaqlarında vəhşilikləri davam edir <b style="color:red"> (FOTO)</b>

Ötən gün ermənilərin işğal altındakı ərazilərdə törətdikləri yanğın Azərbaycanın nəzarətində olan ərazilərə keçib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanğın günorta saatlarında başlayıb. Qaranlıq düşdükdən sonra isə küləyin də təsirilə daha da şiddətlənib. Nəticədə alov evlərə yaxınlaşıb və kəndin kənarındakı 10-a qədər yaşayış evi üçün təhlükə yaranıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Alov yanğınsöndürənlərin köməyilə evlərə keçməsinin qarşısı alınıb. Hər ehtimala qarşı sakinlər səhərə qədər keşik çəkib. Ümumilikdə alov onlarla hektar ərazini əhatə edib.










 





07.09.2013    çap et  çap et