525.Az

“Ermənilərlə sərhəddə olan hərbi hissələrdə hərbi təlimlər başlamalıdır”


 

“Ermənilərlə sərhəddə olan hərbi hissələrdə hərbi təlimlər başlamalıdır”<b style="color:red"></b>

“Ermənistanın Assosiativ müqaviləni imzalamağa hazır olması ilə bağlı açıqlamaları yalnız Ermənistan xarici işlər naziri rəhbərinin müavini Şavarş Köçəryan yox, eyni zamanda bu ölkənin Prezident Aparatının rəhbəri Vigen Sarkisyan da deyib. Bu onu göstərir ki, Ermənistan eyni anda iki inəyi sağmağa çalışır”.

Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistanın Gömrük İttifaqına daxil olduğu bir vaxtda bu ölkə rəsmilərinin Avropa İttifaqı ilə Assosiativ müqaviləni imzalamağa hazır olduqlarını bəyan etməsinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, Ermənistanın Prezident Aparatının rəhbəri Vigen Sarkisyan ikiqat agentdir: “Bu şəxs əvvəlcə Rusiyada işləyib. Sonra ABŞ-da işlədi. Ən sonda isə hər ikisinə eyni vaxtda işlədi. İndi də daha çox qərbpərəst mövqedədir. Ermənistan rəhbərliyinin son günlər verdiyi açıqlamalar həm Rusiya, həm də Qərb tərəfdən gələcək xeyirləri götürməyə hesablanıb. Ancaq Rusiya bir həftə ərzində baş verənləri yekunlaşdırıb, Ermənistana cavab verəcək”.

Mübariz Əhmədoğlu vurğulayıb ki, bu gün Serj Sarkisyan çox həyasız mövqedədir: “Ermənistan hələ də Gömrük İttifaqına qoşulmaqla bağlı vacib addımları atmağa başlamayıb. Bunun əksinə, Dağlıq Qarabağa aviareys açılması məsələsini yenidən gündəmə gətirib. Hətta Rusiyanın Azərbaycana silah satışının dayandırılması və bizim aldığımız silahların pulsuz olaraq Ermənistana verilməsi üçün Serj Sarksiyan Rusiyaya adam göndərib. Bununla yanaşı, Ermənistan Rusiyadan tələb edir ki, Azərbaycanın malik olduğu silahlar Avropada silahların məhdudlaşdırılmasına dair müqaviləyə uyğunlaşdırılsın. Bundan başqa bir ay ərzində Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət müddətinin 10 il uzadılması ilə bağlı müqavilənin imzalanmasına və Gürcü-Abxaz dəmiryolunun açılmasına çalışır. Serj Sarkisyan yaxın müddətdə Rusiyaya təzyiq etməyə çalışır. O, düşünür ki, Rusiya bu təzyiqlərdən bezərək Ermənistanı sərbəst buraxacaq. Yəni Serj Sarkisyan Rusiyanı bezdirmək siyasəti yeridir. Eyni zamanda həm Rusiya ilə Azərbaycan, həm də Rusiya ilə Avropa İttifaqı arasında gərginlik yaratmağa çalışır”.

M.Əhmədoğlu erməni hərbi birləşmələrinin Naxçıvanla sərhəddə hərbi təlimlər keçirməsinə dair məsələyə də münasibət bildirib: “Dünən Ermənistanın müdafiə naziri Seyran Ohanyan Naxçıvan-Ermənistan sərhəddində olub. Bu gündən sərhəddə aqressiv hərbi təlimlər keçiriləcək. Bu da ona hesablanıb ki, Azərbaycan buna reaksiya versin. Təbii ki, Azərbaycan bu hadisəyə haqlı olaraq reaksiya verməlidir. Azərbaycanın bu məsələyə reaksiyası ilə bağlı olaraq ermənilər nəticədə Rusiyanı işə qarışdırmağa çalışacaq. Bundan başqa ermənilər hərbi təlim keçirməklə öz əhalisinə göstərmək istəyir ki, Ermənistan Rusiya ilə dostlaşan kimi, Azərbaycan geri çəkildi. Hazırda erməni avantüristliyi, qantökənliyi, konfiligentliyi, bref siyasəti ən pik nöqtədədir: “Ölkəmizin başında duranların hədsiz dərəcədə ağıllı, təmkinli, ölçülüb-biçilmiş siyasəti var. Hesab edirəm ki, indiki dövr xüsusi ilə dəyərləndirilməlidir. Bir müddət davam edəcək ermənilərin konfiligentliyi, avatürüstliyi, blef siyasəti ən yüksək nöqtədə olacaq. Buna görə də Azərbaycan yeni siyasi düsturlar işləyib-hazırlamalıdır”.

Politoloq ölkə rəhbərliyinə müraciət edərək bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin hərbi birləşmələri ermənilərlə sərhədyanı bölgədə hərbi təlimlərə başlamalıdır: “Ölkə rəhbərliyinin göstərişi ilə Müdafiə Nazirliyi dərhal Naxçıvanda və digər ermənilərlə sərhəddə olan hərbi hissələrdə hərbi təlimlərə başlamalıdır. Hətta yeri gələrsə, aqressiv hərbi təlimlər keçirilməsini faydalı hesab edirəm. Bu imkandan istifadə edərək Ermənistanı reanimasiyaya, hətta morqa da göndərə bilərik”.

AQİL

 





09.09.2013    çap et  çap et