525.Az

İmişlidə nadir quşları ovlayan ərəblər cərimələndilər


 

İmişlidə nadir quşları ovlayan ərəblər cərimələndilər <b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən İmişli rayonunun Xəlfəli kəndinin yaxınlığında icazəsiz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

Nazirlikdən verilən məlumata görə, brakonyerlərin Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Suhail Ali Obaid Dhaher Almuharrami və Mubarak Mohammed Salem Balmur Alameri olduğu müəyyən edilib.

Faktla bağlı akt, protokol tərtib olunub və onlara ümumilikdə 4330 manat məbləğində cərimə tətbiq edilib.

Onlardan adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na düşən bəzgək quşları götürülərək təbiətə buraxılıb.

 





22.01.2019    çap et  çap et