525.Az

Hüquqi şəxslərin qeydiyyatı sadələşdirilib


 

Hüquqi şəxslərin qeydiyyatı sadələşdirilib<b style="color:red"></b>

Azərbaycanda hüquqi şəxslərin qeydiyyatı 20 dəqiqəlik bir prosedurla həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu mətbuat konfransı zamanı Vergilər Nazirliyinin Dövlət Qeydiyyatı və Uçot Nəzarəti Departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Onun sözlərinə görə, bu, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişikliklər edilməsindən sonra mümkün olub.

Beləliklə, dövlət qeydiyyatı, vergi orqanlarında uçot və bank hesabının açılması bir prosedur çərçivəsində baş tutacaq.

Əvvəllər şirkətin qeydiyyatı Azərbaycanda 3,5 gün ərzində baş tuturdu.

Ə.Məmmədov bildirib ki, qeydiyyat proseduru elektron imza olmadan mümkün olacaq. Bunun üçün FIN-kodu istifadə etmək kifayət edəcək:

“Bütün məlumatlar vahid bazaya toplanacaq, bank hesabı avtomatik açılacaq. Hüquqi şəxsin bütün məlumatları həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasına ötürüləcək”.

 





22.01.2019    çap et  çap et