525.Az

Davosda İlham Əliyevlə Gürcüstan baş nazirinin görüşü oldu


 

Davosda İlham Əliyevlə Gürcüstan baş nazirinin görüşü oldu<b style="color:red"></b>

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin görüşü olub.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi.

Ölkələrimizin həyata keçirdiyi mühüm qlobal layihələrin əhəmiyyəti qeyd edildi, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 





22.01.2019    çap et  çap et