525.Az

Putin və Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti müzakirə edə bilər


 

Putin və Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti müzakirə edə bilər<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin görüşü çərçivəsində Suriya böhranı ilə yanaşı, Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunacaq.

Bunu Trend-ə Türkiyə hökumətindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, Türkiyə hər zaman Cənubi Qafqazdakı vəziyyəti, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını öz gündəmində saxlayır:

“Məhz Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı Cənubi Qafqazda sülh və sabitliyə əsas təhdiddir”.

Qeyd edək ki, prezidentlər arasında görüş yanvarın 23-də Moskvada keçiriləcək.

 





23.01.2019    çap et  çap et