525.Az

"Təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına ehtiyac var"


 

"Təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına ehtiyac var"<b style="color:red"></b>

Bu gün Azərbaycanda gənclər arasında sahibkarların sayının artmasında maraqlıyıq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün ölkəmizdə sahibkarlar üçün əlverişli şərait yaradılıb: "Sadəcə, daha çox təşəbbüslə çıxış etməyə, cəsarətə, əzmkarlığa ehtiyac var".

M.Musayev əlavə edib ki, Azərbaycanda gənclərin məşğulluğu ümumi məşğulluğun ən əsas tərkib hissələrindən biridir:

"Keyfiyyətli orta, peşə və ali təhsil olmazsa, gənclər üçün layiqli iş yerlərindən danışa bilmərik. Təhsil proqramlarının təkmilləşdirilməsinə, onların əmək bazarının tələblərinə uyğunlaşdırılmasına ehtiyac var".

 

 





23.01.2019    çap et  çap et