525.Az

"Beynəlxalq (publik) hüquq kursu" adlı vəsait iki cilddə çap edilib


 

"Beynəlxalq (publik) hüquq kursu" adlı vəsait iki cilddə çap edilib<b style="color:red"></b>

"Beynəlxalq (publik) hüquq kursu" adlı vəsait iki cilddə çap edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, AMEA Hüquq və İnsan Haqları İnstitutunun rəy və təklifləri nəzərə alınmaqla ərsəyə gələn vəsait Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Beynəlxalq Nəqliyyat Akademiyasının üzvü, professor, hüquq üzrə elmlər doktoru Etibar Əliyevin koordinatorluğu ilə kollektiv müəlliflər tərəfindən hazırlanıb.

Dərslikdə beynəlxalq (publik) hüquq anlayışına izah verilir, onun nizamlanma predmeti, prinsipləri, mənbələri, subyektləri, həmçinin, beynəlxalq mübahisələrin həlli, beynəlxalq hüquq məsuliyyəti kimi məsələlərin mahiyyətinə aydınlıq gətirilir. Vəsait müasir beynəlxalq (publik) hüquq elmində mövcud olan boşluqların doldurulmasına, hüquqi alqoritm və nihilizm təzahürlərinin aradan qaldırılmasına xidmət edir. Dərslikdə, eyni zamanda, "Beynəlxalq (publik) hüquqda məsuliyyət", "Beynəlxalq (publik) mübahisələri dinc vasitələrlə həll etmə hüququ", "Beynəlxalq (publik) hüquqla milli hüquq arasında qarşılıqlı əlaqə", "Beynəlxalq (publik) hüquq normaları və dövlətlərarası beynəlxalq hüquq münasibətləri", həmçinin, "Beynəlxalq (publik) - müqavilələr, təşkilatlar, əlaqələr, insan haqları, hüquqları..." və digər onlarla anlayışın izahı verilir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şuranın "Dövlət və Hüquq" Bölməsi vəsaitin dərslik kimi də istifadə olunması ilə bağlı qərar verib.  Dərslik, ali məktəb tələbələri, müəllimlər, hüquqşünaslar, habelə beynəlxalq hüquq elmi sahəsində çalışan mütəxəssislər, vəkillər və digər praktik işçilər üçün nəzərdə tutulub.

 





23.01.2019    çap et  çap et