525.Az

Prezident “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşdü


 

Prezident “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşdü<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “Equinor” (keçmiş “Statoil”) şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə “Azəri-Çıraq-Günəşli” yataqlar bloku ilə bağlı SOCAR-la “Equinor” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olundu.

Dövlətimizin başçısı “Equinor”un Azərbaycanda fəaliyyətini davam etdirməsindən məmnunluğunu bildirdi.

Söhbət zamanı “Qarabağ”, “Əşrəfi”, “Dan ulduzu” perspektiv layihələri və “Dədə Qorqud” qurğusunun təmiri ilə bağlı fikir mübadiləsi aparıldı.

 





23.01.2019    çap et  çap et