525.Az

1000-ə yaxın yeni peşə standartı hazırlanacaq


 

1000-ə yaxın yeni peşə standartı hazırlanacaq<b style="color:red"></b>

Avropa İttifaqı ilə birlikdə peşə standartlarının qanunvericilik bazasının hazırlanması istiqamətində işlər yekunlaşıb.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Həvva Haqverdili "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, peşə standartlarının hazırlanması, tətbiqi və qeydiyyatı qaydaları, eləcə də bacarıqların inkişaf etdirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərar layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb: "Layihə bəzi düzəlişlərlə yenidən hökumətə təqdim olunub. Layihə çərçivəsində yaxın 3 ildə 1000-ə yaxın yeni peşə standartlarının hazırlanması nəzərdə tutulur".

 





23.01.2019    çap et  çap et