525.Az

Füzulidə ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib


 

Füzulidə ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib<b style="color:red"></b>

Yanvarın 23-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Füzuli rayon şöbəsinin təşkilatçılığı, rayon icra hakimiyyəti və N saylı hərbi hissə rəhbərliyinin, ehtiyata buraxılmış gənclərin valideynlərinin, veteranların və ictimaiyyət nümayəndələrinin  iştirakı ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib.

Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin Füzuli rayon Horadiz şəhərində yerləşən abidəsi önünə gül dəstələri qoyub və dərin ehtiramlarını bildiriblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Alıyev gəncləri müddətli həqiqi hərbi xidməti uğurla başa vurmaları münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib.

SHXÇDX-nin Füzuli rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar HacıyevAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında daim güclənən Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hər bir gəncin qürur hissi keçirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, son illərdə qazanılan mühüm nailiyyətlər cəmiyyətdə vətənpərvərlik hisslərinin daha da yüksəlməsinə səbəb olub.

Çıxış edən valideynlər övladlarının hərbi xidmətiuğurla başa vurması ilə fəxr etdiklərinibildiriblər.Digər çıxışçılar bu gün hər bir Azərbaycan vətəndaşının torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazır olduğunu diqqətə çatdırıblar.

Daha sonra, tədbir iştirakçıları Cəbrayıl rayonununCocuq Mərcanlı kəndinə gedərək ön xətdə xidmət edən  N saylı hərbi hissənin hərbi qulluqçuları ilə görüşüblər.

 





23.01.2019    çap et  çap et