525.Az

"Türkiyə-Rusiya münasibətləri regional təhlükəsizliyə müsbət təsir göstərir"


 

"Türkiyə-Rusiya münasibətləri regional təhlükəsizliyə müsbət təsir göstərir"<b style="color:red"></b>

Türkiyə və Rusiya arasında münasibətlər regionda təhlükəsizliyə müsbət təsir göstərir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib.

Türkiyə lideri qeyd edib ki, bu gün iki ölkə arasında münasibətlərin inkişafını bütün sahələr üzrə, o cümlədən hərbi və siyasi sahələrdə müşahidə etmək olar.

R.T.Ərdoğanın sözlərinə görə, Ankara və Moskva mühüm müttəfiqlərdir.

Qeyd edək ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Rusiyaya bir günlük səfərə gəlib.

 





24.01.2019    çap et  çap et