525.Az

ABŞ-da həbs edilən İran jurnalisti azad edildi


 

ABŞ-da həbs edilən İran jurnalisti azad edildi <b style="color:red"></b>

ABŞ-da həbs edilən İranın "Press TV" telekanalının jurnalisti Mərziyə Haşemi sərbəst buraxılıb.

Trend-in məlumatına görə, bu barədə telekanal M.Haşeminin ailə üzvünə istinadən xəbər verir.

Jurnalistin sərbəst buraxılmasının təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, Mərziyə Haşemi yanvarın 16-sı Missuri ştatının Sent-Luis şəhərində saxlanılmışdı. Ona qarşı heç bir ittiham irəli sürülməsədə, jurnalistin vacib məlumata sahib olan şahid qismində saxlanıldığı bildirilirdi.

 





24.01.2019    çap et  çap et