525.Az

Komitə sədri: "Bizə edilən müraciətlərin çoxu ünvanlı sosial yardımla bağlıdır"


 

Komitə sədri: "Bizə edilən müraciətlərin çoxu ünvanlı sosial yardımla bağlıdır"<b style="color:red"></b>

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2018-ci il üçün payız sessiyasının hesabatı və 2019-cu ilin yaz sessiyasının qanunvericilik planı müzakirə edilib.

Trend-in məlumatına görə, komitə sədri Hadı Rəcəbli bildirib ki, son payız sessiyasında komitədə 45 məsələ, o cümlədən, 21 qanun layihəsi müzakirə olunub, plenar iclasa tövsiyə edilib:

“Eyni zamanda, komitəyə 648 sənəd daxil olub. Bunların 579-u ərizə və şikayətlər olub. Bizə edilən müraciətlərin çoxu isə ünvanlı sosial yardımla bağlıdır".

Komitə sədri ünvanlanan müraciətlər arasında əlillik və səhiyyə ilə bağlı müraciətlərin də olduğunu bildirib.

 





24.01.2019    çap et  çap et