525.Az

"Şollerin arxivi" yeni uğurunu İtaliyada qazandı


 

"Şollerin arxivi" yeni uğurunu İtaliyada qazandı <b style="color:red"></b>

"Şollerin arxivi" bədii filmi iyirmi birinci mükafatını qazanıb. Belə ki, bədii film İtaliyada keçirilən "Social Machinery" film festivalında "Ən yaxşı tarixi film" nominasiyasında birinci yerə layiq görülərək fəxri kubokla təltif edilib.

Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib. O bildirib ki, festivalda filmlər 5 nominasiya üzrə mübarizə aparıb. "Şollerin arxiv"i filmi "Ən yaxşı tarixi film" nominasiyasında 1-ci olub. Festival burada nümayiş olunan ekran əsərlərinin dünya film bazarında tanıdılmasına təkan verəcək.

Qeyd edək ki, "Şollerin arxivi" filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Ekran işi Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Fahir Səmədoğlu, montajçı Faiq Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Orucova, aktyor Mətləb Təhmazi və başqaları rol alıblar.

Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

 





24.01.2019    çap et  çap et