525.Az

Gömrük Komitəsinin Akademiyasının yaradılmasının 7 ili tamam olur


 

Gömrük Komitəsinin Akademiyasının yaradılmasının 7 ili tamam olur<b style="color:red"></b>

Yanvarın 24-də Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) yaradılmasının 7 ili tamam olur. Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsi haqqında" 24 yanvar 2012-ci il, 1972  nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tədris Mərkəzinin bazası əsasında təsis edilib.

Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilib. 8 iyul 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin 939 nömrəli Fərmanı ilə Akademiyanın Nizamnaməsi qəbul edilib.

2014/2015-ci tədris ilində TQDK-nın ali təhsil müəssisələrinin bakalavr pilləsinə qəbul imtahanlarında iştirak edərək "İqtisadiyyat" və "Hüquqşünaslıq" ixtisasları üzrə ayrı-ayrılıqda 20, ümumilikdə 40 abituriyent Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi adını alıb və sentyabrın 15-də Dövlət Gömrük Komitəsinin Akademiyası ilk tədris ilinə başlayıb.

Dövlət Gömrük Komitəsinin Akademiyası ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.

Dövlət Gömrük Komitəsinin Akademiyası Dövlət Gömrük komitəsi üçün yüksək ixtisaslı kadrların hazırlanmasını, əməkdaşların ixtisaslarının artırılmasını və gömrük işi sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə təsis edilmişdir.

Dövlət Gömrük Akademiyasının missiyası ölkəmizin əsas dəyərləri və strateji hədəflərinə uyğun təhsil vermək, universal etibarlılığı olan bilikli və bacarıqlı fərdlər yetişdirmək; elmə töhfə verəcək, ölkədə və dünyada istifadə edilə bilən və cəmiyyətə faydalı olacaq layihələr təqdim etmək, gömrük xidmətini yüksək səviyyəli kadrlarla təmin etmək, əməkdaşlarının və cəmiyyətin sosial, mədəni, bədii və idman inkişafına töhfə verəcək tədbirlər keçirməkdir. Öhdəsinə götürdüyü təhsil alanları öz sahələrində çox yaxşı tərbiyə edilmiş, yüksək ixtisaslı, müasir, insanlıq dəyərlərinə sahib çıxan uğurlu insanlar olaraq dünyamıza qazandırmaqdır.

Akademiyanın fəaliyyətinin əsas istiqamətləri gömrük işi üzrə yüksəkixtisaslı kadrların hazırlanması, Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri üzrə kadrların əlavə təhsilinin həyata keçirilməsi, gömrük işi sahəsində elmi tədqiqatların aparılmasıdır.

S.QARAYEVA

 





24.01.2019    çap et  çap et