525.Az

Əsəd hakimiyyətdən getməyə razılaşdı


 

Əsəd hakimiyyətdən getməyə razılaşdı<b style="color:red"></b> Almaniya kəşfiyyatından Suriya prezidentinə gözlənilməz dəstək gəldi
 
ABŞ hakimiyyəti Suriyaya hərbi zərbə endirilməsi üçün Konqresi razı salmağa hazırlaşdığı bir dövrdə İran və Suriya alternativ təklif hazırlamaqdadır.
 
Lent.az-ın “Haaretz” qəzetinə istinadən verdiyi məlumata görə, təklif İran Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Alaaddin Burucerdi ilə suriyalı müxaliflər arasında bir neçə gün əvvəl müzakirə olunub.

Rusiyada səfərdə olan Suriya xarici işlər naziri Velid Müallim bunu bu gün rusiyalı həmkarı Sergey Lavrova çatdıracaq. Təklif Suriyada hakimiyyətin mərhələli şəkildə demokratik transferini nəzərdə tutur.  Başqa sözlə, Suriyada prezident seçkilərinin vaxtı önə çəkiləcək və seçkilərdə prezident Bəşər Əsəd namizəd olmayacaq. Təklifdə Suriyadakı kimyəvi silahların Rusiya, yaxud başqa bir ölkəyə daşınması planı da yer alıb. Velid  Muallim bu planı da Sergey Lavrovla görüşdə müzakirə edəcək. Suriya xarici işlər naziri Rusiya prezidenti Vladimir Putindən Suriyanın “Scad” və digər raketlərinin də Tartusdakı Rusiya bazasına transfer edilməsinə də icazə istəyəcək. Böyük ehtimalla, Suriyanın əsas planı raketlərini və kimyəvi silahlarını məhz Rusiyanın Tartusdakı hərbi bazasına yerləşdirməkdir.

Bu arada  Almaniyanın “Bild am Sonntag” qəzetinə açıqlama verən alman kəşfiyyatının rəsmiləri Suriyada ordunun prezident Bəşər Əsədin icazəsi olmadan kimyəvi silah tətbiq etmiş ola biləcəyini söyləyiblər. Alman kəşfiyyat qurumlarının əldə etdiyi simsiz telefon danışıqlarına əsasən, suriyalı komandirlər 4 ay boyunca Prezident Sarayından kimyəvi silahlardan istifadə üçün icazə istəyib, ancaq belə bir icazə ala bilməyiblər. Alman kəşfiyyatı hesab edir ki, bütün bunlar avqustun 21-də Dəməşqin Quta qəsəbəsində 1400 nəfərin ölümünə səbəb olan kimyəvi silah tətbiqindən Bəşər Əsədin şəxsən xəbəri və icazəsi olmadığı anlamına gəlir. Alman kəşfiyyatı bu məlumatları Suriya sahilləri yaxınlığında üzən “Oker” kəşfiyyat gəmisi vasitəsi ilə əldə edib.
 





09.09.2013    çap et  çap et