525.Az

"Həzi ürəklərdə yaşayır bu gün" adlı tədbir keçirildi - Fotolar


 

"Həzi ürəklərdə yaşayır bu gün" adlı tədbir keçirildi - <b style="color:red">Fotolar</b>

Yanvarın 22-si iki dəfə sovet ittifaqı qəhrəmanı, tank qoşunları general mayoru əfsanəvi qəhrəman Həzi Aslanovun anadan olmasının 109 və yanvarın 24-ü isə həlak olmasının 74-cü ildönümüdür.
 
Bu münasibətlə qəhrəmanın adını daşıyan Bakı şəhəri Yasamal rayonu 175 saylı orta məktəbdə "Həzi ürəklərdə yaşayır bu gün" adlı tədbir keçirilib.

Böyük vətən müharibəsi və Qarabağ döyüşlərində şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirin aparıcıları 5d sinif şagirdləri Həmdullayeva Gövhər, Alxasov Araz və Hüseynov Əli igid sərkərdənin mənalı həyat və şərəfli döyüş yolu haqqında geniş məlumat veriblər.

Təhsil ocağının müəllim heyəti, valideynlər və qonaqlar Həzi Aslanovun həyat və döyüş yolundan bəhs edən videoçarxa tamaşa ediblər.

Sonra şagirdlərin hazırladıqları əfsanəvi qəhrəmanın mənalı həyat yolu və şərəfli döyüş yolunu əks etdirən "Həzi ürəklərdə yaşayır bugün" adlı ədəbi bədii kompozisiya təqdim olunub və böyük alqışlara səbəb olub.

Sonra 5d sinif şagirdləri qəhrəmanın yeniyetməlik illərində, kursant olduğu vaxtlarda dosta münasibətliylə bağlı bir səhnəcik təqdim ediblər.

Həzi Aslanov rolunun ifaçısı Zeynallı Ömər, Həzinin kursant dostu Aslan rolunun ifaçısı Əliyev Əli, Həzinin anası Nuşu ana rolunun ifaçısı Hüseynova Səadət və tamaşada olan hadisələri nəql edən Şükürova Nurayın məharətlə ifa etdikləri səhnəcik böyük alqışlarla qarşılanıb.

Şagirdlər Zəhra Gülməmmədzadə və Aylin Quliyeva "Cənab leytenant” mahnısını məharətlə ifa ediblər. Şagirdlərin ifasında qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər söylənilib, igid sərkərdənin həyat və döyüş yolunu əks etdirən "Sizi dünyalar qədər sevirəm" filmindən fraqmentlər izlənilib.

Tədbirdə şagirdlərdən Zeynallı Ömər, Əliyev Ülvi, Nəcəfli Ömər, İbrahimova Nuranə, Nəcəfli Səma, İsmayılzadə Nərgiz, Süleymanlı Nəsimi, Məmmədli Ayxan,Tahirzadə Sənubər fəal iştirak ediblər.

Tədbirin sonunda məktəbin direktoru Tural Mirzəliyev çıxış edərək əfasanəvi qəhrəmanın mənalı həyat və şərəfli ömür yolundan danışarq qeyd edib ki,  Həzi Aslanov Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdəndir. Ümummilli lider Heydər Əliyev Həzi Aslanovun hərb tarixində müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədiləşdiriliməsi üçün bir çox sərancamlar verib. Bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tural Mirzəliyev tədbirin təşkilatçıları-məktəbim hərbi rəhbəri Fizuli Əzizov və məktəbin ingilis dili müəllimi 5d sinfinin rəhbəri Gülşən Şiriyevaya belə bir tədbir hazırladıqları üçün böyük minnətdarlığını bildirib və qeyd ediblər ki, belə tədbirlərin keçirilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.

S.QARAYEVA

 





25.01.2019    çap et  çap et