525.Az

Alzeymerin inkişafını ləngidən üsul tapıldı


 

Alzeymerin inkişafını ləngidən üsul tapıldı <b style="color:red"></b>

Braziliya və Kanadadan olan bir qrup alim alzeymer xəstəliyinin inkişafını ləngidən üsulu tapdığını bəyan edib.

Trend-in məlumatına görə, alimlər siçanlar üzərində aparılan təcrübələr əsasında bu qənaətə gəlib.

Onların fikrincə, fiziki məşğuliyyət bu xəstəliklə mübarizədə kömək göstərir.

Təcrübələr nəticəsində məlum olub ki, fiziki hərəkətlər nəticəsində siçanlarda irizin hormonu fəallaşır ki, bu da təkcə piyin əriməsində deyil, həm də beynin fəaliyyətinə müsbət təsir göstərir.

Hələlik alimlər lazımi effektin alınması üçün nə qədər vaxtın tələb olunduğunu bilmir:

“Fiziki aktivlik beyin fəaliyyəti və alzeymer kimi bu fəaliyyəti zədələyən xəstəliklərin müalicəsi üçün çox vacibdir”.

 





25.01.2019    çap et  çap et