525.Az

“Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar


 

“Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar  <b style="color:red"></b>

24-25 yanvar tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

Seminar-müşavirə rayon İH başçısının ərazi nümayəndələri, bələdiyyə sədrləri, dindarlar, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Beyləqan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov bildirib ki, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, ictimaiyyətin, xüsusilə gənclərin doğru mənbədən dini bilgilərə yiyələnmələri olduqca vacibdir.

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan xalqının əsrlərboyu digər din və mədəniyyətlərə dözümlü münasibəti ilə seçildiyini, eyni zamanda onlarla sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığını diqqətə çatdırıb. S.Salahlı respublikamızda heç zaman milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma hallarının müşahidə olunmadığını qeyd edib.

Ümummilli lider Heydər Əliyevin mənəvi dəyərlərimizə, o cümlədən din sahəsinə diqqət və qayğısından da danışıb. S.Salahlı, həmçinin prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması, tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasındakı xüsusi xidmətlərini qeyd edib.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov mövzu ətrafında danışaraq zərərli dini cərəyanların əsas fəaliyyət metodlarına toxunub. Natiq gənclərin müəyyən bilgilərə yiyələnmələrinin, həmçinin onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini diqqətə çatdırıb.

İkigünlük seminar-müşavirə tədbir iştirakçılarının suallarının cavablandırılması ilə yekunlaşıb.

S.QARAYEVA

 





25.01.2019    çap et  çap et