525.Az

"Mövsümün sonu" beynəlxalq festivala dəvət alıb


 

"Mövsümün sonu" beynəlxalq festivala dəvət alıb<b style="color:red"></b>

Rejissor Elmar İmanovun "Mövsümün sonu" bədii filmi Rotterdam Beynəlxalq film festivalına (Niderland) dəvət olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, Almaniya və Gürcüstanın birgə istehsalı olan film festivalın "Bright Future" ("Parlaq gələcək") proqramında mükafata namizəddir.

"Color of May" kinoşirkətinin C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası, "Azharifrey", "Maisis Peri" şirkətləri ilə müştərək ekran əsərinin bütün çəkilişləri Azərbaycanda aparılıb.

Əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Rasim Cəfərov, aktyorlar Zülfiyyə Qurbanova, Mirmövsüm Mirzəzadə ifa edirlər.

 





25.01.2019    çap et  çap et