525.Az

Allahşükür Paşazadə Moskvaya səfər edəcək


 

Allahşükür Paşazadə Moskvaya səfər edəcək<b style="color:red"></b>

Yanvarın 29-da Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə yola düşür.

İdarədən verilən məlumata görə, səfər Moskva və bütün Rusiya Patriarxı Kirilin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə Moskvada keçiriləcək iki günlük təntənəli mərasimlərə Patriarx Kiril həzrətlərinin şəxsi dəvəti əsasında baş tutur.

Yanvarın 30-31-də Moskvada keçiriləcək tədbirlər çərçivəsində QMİ sədrinin Patriarx Kirillə görüşü, Kremldə Rusiyanın dövlət rəhbərliyi, habelə bir çox dini liderlərin və yüksək səviyyəli xarici qonaqların iştirakı ilə keçiriləcək təntənəli tədbirlərdə görüşləri nəzərdə tutulub.

 





28.01.2019    çap et  çap et