525.Az

TRT-dən daha bir yenlik


 

TRT-dən daha bir yenlik<b style="color:red"></b> TRT,Türk dünyasının sənətçilərini Dənizli şəhərində keçiriləcek Türkçəviziyon Festivalında bir araya gətirəcək.

525.az-TRT-nin Azərbaycan təmsilçiliyinə istinadən xəbər verir ki, bu il say etibarilə  4 –cüsü təşkil olunacaq Festivalda Orta Asiya və Balkanlardan 21 ölkə iştirak edəcək.Azərbaycanı Festivalda sevilən sənətçi Tünzalə Ağayeva təmsil edəcək.

Dostlıq ve Musiqinin Yeni Pəncərəsi olan ‘’ Türkçəviziyon’’ Türkçə danışan ölkələrin sənətçilərini 11 Sentyabr’da Dənizli şəhərində bir yərə toplayacaq. Dörd gün davam edəcək Festivalda  sənətçilər konsert proqramları ilə çıxış  edəcəklər.

TRT-nin baş direktoru İbrahim Şahin Festival şüarının ‘’ Bir dil bir ürək’’ olduğunu eləcədə xalqların bir- birini tanımalarının, qaynayıb- qarışmalarının, sevgi bağının meydana gələməsində və mədəniyyətlərin tanıdılmasında böyük rol oynayacağını  söylədi. 

TRT Bakü Nümayəndəsi Yüksəl Dəğercan’ın verdiyi məlumata gorə, Festivalda Bosniya və Herseqovina ,   Uyğur Muxtar vilayəti daxil olmaqla  21 ölkə  iştirak edəcək. Festival 14 Sentyabr tarixində   Bakı saatı ilə 23.00- da TRT Avaz ve TRT Müzik kanallarında və  Azərbaycan’ın  İctimai Televiziyası daxil olmaqla 14 ölkəsində  canlı yayımlayacaq.
 





09.09.2013    çap et  çap et