525.Az

"Bura vətəndir": Cavanşir Quliyevin musiqilərinə həsr olunan sərgi


 

"Bura vətəndir": <b style="color:red">Cavanşir Quliyevin musiqilərinə həsr olunan sərgi</b>

Yanvarın 28-də "Azərkitab" Kitab Təbliğatı mərkəzində rəssam Tünzalə Məmmədzadənin bəstəkar Cavanşir Quliyevin mahnılarına həsr olunmuş ipək əsərlər - "Bura vətəndir" sərgisi baş tutub.

Sərgini giriş nitqiylə sənətşünas Ziyadxan Əliyev açıb. O, sərgi iştirakçılarına T.Məmmədzadə və C.Quliyevin yaradıcılığından danışıb, iki fərqli incəsənət növünü bir arada birləşdirməyi rəssamın böyük uğuru kimi qiymətləndirib.

Çıxış edən Cavanşir Quliyev də öz növbəsində bu cür sərginin açılmasından, belə əsərlərin ərsəyə gəlməsindən qürurlandığını, bir yaradıcı insan kimi böyük stimul aldığını qeyd edib.

Xarici qonaqların da iştirak etdiyi sərgidə tanınmış şair Ramiz Rövşən, "Xəzər" Universitetinin rektoru Hamlet İsaxanlı, akademik Rafiq Əliyev, teletənqidçi, publisist Qulu Məhərrəmli çıxış edərək sərgini, rəssamın gördüyü işləri yüksək qiymətləndirib, fərqli yanaşma münasibətilə onu təbrik ediblər.

Sonda Tünzalə Məmmədzadə sərgi iştirakçılarına təşəkkürünü bildirib, eləcə də rəssam kimi fəaliyyətə başlamasında Cavanşir Quliyevin məsləhətinin önəmindən bəhs edib.

Qeyd edək ki, sərgi haqqında geniş reportaj "525-ci qəzet"in 30 yanvar buraxılışında dərc ediləcək.

Cavid QƏDİR

 





28.01.2019    çap et  çap et