525.Az

Dövlət Turizm Agentliyinin kollegiyasının yeni tərkibi təsdiq edildi


 

Dövlət Turizm Agentliyinin kollegiyasının yeni tərkibi təsdiq edildi<b style="color:red"></b>

Nazirlər Kabineti Dövlət Turizm Agentliyinin kollegiyasının yeni tərkibini təsdiq edib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Dövlət Turizm Agentliyinin sədri.

Kollegiyanın üzvləri:

Dövlət Turizm Agentliyinin sədrinin müavini;

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru;

Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri;

Dövlət Turizm Agentliyi Aparatının turizm siyasəti və strategiyası şöbəsinin müdiri Azərbaycan Turizm və Menecment Universitetinin rektoru;

Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini.

 





29.01.2019    çap et  çap et