525.Az

Rəsulzadənin 135 illiyi ilə bağlı sərgi təşkil edildi


 

Rəsulzadənin 135 illiyi ilə bağlı sərgi təşkil edildi <b style="color:red"></b>

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü ilə bağlı sərgi təşkil edib.

MEK-dən bildirilib ki, sərgidə M.Ə.Rəsulzadənin müəllifi olduğu və onun haqqında yazılmış, MEK fondlarında saxlanılan kitablar nümayiş etdirilir.

Onların sırasında M.Ə.Rəsulzadənin "Məktublar, şəfiçilik", "Azərbaycan şairi Nizami", "Qafqaz türkləri", "Çağımızın Səyavuşu", "Milli Birlik", "Panturanizm. Qafqaz sorunu" əsərləri, eləcə də ona həsr olunmuş "M.Ə.Rəsulzadə", "Cümhuriyyət qurucuları" (Nəsiman Yaqublu), "M.Ə.Rəsulzadə və ana dilimiz" (Mətanət Fərzəliyeva), "M.Ə.Rəsulzadə (1884-1955)" (Aydın Balayev), "İstanbulda diplomatik görüşlər (1918-1919-cu illər)" (Əlimərdan Bəy Topçubaşov), "M.Ə.Rəsulzadə (biblioqrafiya)" və başqa kitablar yer alıb.

Qeyd edək ki, sərgilənən kitablar Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib. Sərgi fevralın 8-dək davam edəcək.

ŞAHANƏ

 





30.01.2019    çap et  çap et