525.Az

"Yaradanlar və yaşadanlar" silsiləsindən daha bir konsert


 

"Yaradanlar və yaşadanlar" silsiləsindən daha bir konsert<b style="color:red"></b>

Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən növbəti konsert dahi bəstəkar Fikrət Əmirovun yaradıcılığına həsr olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbir "Mədəniyyət" kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Konsertdə Xalq artistləri Teyyub Aslanov, Samir Cəfərov, Əməkdar artistlər Zakir Əliyev, Rəşad İlyasov, Bəyimxanım Vəliyeva, Arzu Əliyeva, Azərbaycan Televiziyası və Radiosunun solistləri Ayşən Mehdiyeva, Zabitə Əliyeva, Sərxan Bünyadzadə və xanəndə Könül Məmmədli çıxış ediblər. Onların ifasında bəstəkarın sevilən mahnıları "Kor Ərəbin mahnısı", "Gülərəm gülsən", "Gülür ellər", "De görüm neyləmişəm", "Mən səni araram", "Bir gül dərdim", "Gözəlim sənsən", "Reyhan" və digər mahnılar səsləndirilib.

İfaçıları Xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edib.

 





31.01.2019    çap et  çap et