525.Az

Gülnar Səmadan yeni kitab: "Sözümüz sözdür"


 

Gülnar Səmadan yeni kitab: "Sözümüz sözdür"<b style="color:red"></b>

Gülnar Səmanın publisistik məqalələrindən ibarət kitabı işıq üzü görüb.

"Sözümüz sözdür" adlı kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə nəşr edilib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi olan Gülnar Səmanın bu kitabının elmi redaktoru  filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.

Kitabda Elçin Əfəndiyevin, Vilayət Quliyevin, Aqil Abbasın, Tahir Talıblının, Rəşad Məcidin, İbrahim İlyaslının, Akif Səmədin, Elşən Əzimin, Saqif Qaratorpağın, İnci Okumuşun və başqa qələm sahiblərinin kitabları haqqında yazılarla yanaşı, M.Müşfiqin, N.Həsənzadənin, F.Qocanın, Z.Yaqubun, M.Aslanın, Y.Nəğməkarın, M.İlqarın, E.Zalın, E.İsgəndərzadənin, K.Qədimin, B.Vüsalın, M.Ələkbərlinin, B.Sadiqin, Ə.Xələflinin poemaları haqqında məqalələr toplanıb.

"Elm və təhsil" nəşriyyatında nəşr olunan kitabda eyni zamanda, gənc yazarlardan  Pərvinin, Arzu Hüseynin, Nuranə Nurun, Emin Pirinin, Elməddin Nicatın, Faiq Hüseynbəylinin, Ramil Əhmədin, Ruslan Dostəlinin, Elşad Ərşadoğlunun, Hafiz Hacxalılın, Şəfa Vəlinin, Şahanə Müşfiqin kitablarına həsr edilmiş məqalələr yer alır.  Bunlarla yanaşı, H.Cavid, A.Əmrahoğlu, Ə.İslam, F.Mehdiyeva, M.İsmayıl, V.Yusiflı, İ.Cavadoğlu, V.Məmmədli kimi müəlliflərin həyat və yaradıcılıqlarına aid məqalələr də kitaba daxil edilib. Kitabın üz qabığının tərtibatında Nofəl Ümidin çəkdiyi fotodan istifadə olunub.

 





31.01.2019    çap et  çap et