525.Az

Sentyabrın 13-dək hava yağışlı olacaq


 

Sentyabrın 13-dək hava yağışlı olacaq<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji şərh yayıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, sentyabrın 13-ü gündüzədək respublika ərazisində qeyri-sabit, yağışlı hava şəraitinin olacağı və temperaturun enəcəyi gözlənilir.
 
Belə hava kənd təsərrüfatı bitkilərinin inkişaf sürətini bir qədər zəiflədəcək. Yağmurlu hava şəraiti isə bağlarda meyvələrin, bostanlarda tərəvəzin və üzümün yığımında, çoxillik otların biçini və aqrotexniki işlərin görülməsində mühüm çətinliklər yaradacaq. Ümumiyyətlə, yağıntılar torpaqda məhsuldar rütubət ehtiyatlarını artıracaq. Lakin bu cür hava şəraiti Şəki – Zaqatala bölgəsində yığılmış tütün yarpaqlarının qurudulma şəraitini çətinləşdirəcək. Şamaxı-İsmayıllı bölgəsində isə üzümün məhsulunda itkilərə yol verəcək.
 





10.09.2013    çap et  çap et