525.Az

"Dini siyasiləşdirmək istəyənlər bütün güclərini sosial şəbəkələrə yönəldirlər"


 

"Dini siyasiləşdirmək istəyənlər bütün güclərini sosial şəbəkələrə yönəldirlər"<b style="color:red"></b>

Bu gün dini siyasiləşdirmək istəyənlər bütün güclərini sosial şəbəkələrdən istifadəyə yönəldirlər.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Dini və ideoloji təhlükəsizlik" mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı deyib.

O bildirib ki, bu məsələyə nəzarət edilsə də, sosial şəbəkələrdə onların qarşısını almaq çətindir: "Biz bu şəxsləri əlamətləri ilə tanıyırıq. Onların təhlükəli olduğunu görürük. Onlar dövlətin gücünü bilirlər, ona görə də əməllərini hiss etdirmədən, gizli şəkildə həyata keçirməyə çalışırlar. Biz bunlardan məlumatlıyıq. Bəziləri belə şəxsləri "qəhrəman" kimi təqdim edir və onların əsassız həbs olunduğunu deyirlər. Lakin bu insanlar milli təhlükəsizlik üçün təhdid yaratdıqları üçün həbs olunublar".

S.Heydərov bildirib ki, Azərbaycanda zaman-zaman dini radikalizmə cəhdlərin ştrixləri olub və Nardaran hadisələri də böyük planın bir hissəsi idi: "Nardaran hadisələri zamanı insanlar ibadət evlərindən gələrək siyasi şüarlar səsləndirir, siyasi motivli çağırışlar edirdilər. Bu isə bir formada dinin siyasiləşdirilməsi deməkdir. Bunlar göstərir ki, dini siyasiləşmə Azərbaycana da yönəlmişdi və ölkəmizdə də milli-mənəvi dəyərlər hədəfə alınmışdı".

 





31.01.2019    çap et  çap et