525.Az

Milli Kitabxanada yeni sərgilər


 

Milli Kitabxanada yeni sərgilər<b style="color:red"></b>

Yanvarın 31-də Azərbaycan Milli Kitabxanasında böyük ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi münasibətilə "Məhəmməd Əmin Rəsulzadə-135" adlı geniş kitab sərgisi açılıb.

Sərgidə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş etdirilib.

Eyni zamanda, Əməkdar incəsənət xadimi, şair Əli Tudənin 95 illiyi münasibətilə "Əli Tudə-95" adlı kitab sərgisi açılıb.

Sərgidə şairin müəllifi olduğu kitablar, Azərbaycan və digər dillərdə nəşr edilmiş əsərləri, haqqında yazılmış kitablar, dövri mətbuat materialları yer alıb.

 





01.02.2019    çap et  çap et