525.Az

Kondisioner orucu batil eləmir ki, görən? - Rəşad Məcid - ANONS


 

Kondisioner orucu batil eləmir ki, görən? - Rəşad Məcid - <b style="color:red">ANONS</b>

"525-ci qəzet"in baş redaktoru, şair Rəşad Məcidin "Facebook" statuslarından seçmələr:

Deməli, AYB-də mənim otağımda “Azərsell” tutmur! Mən də zarafatla deyirəm ki, burda qədim yazıçıların - Əli Vəliyevin, Osman Sarıvəllinin, Hüseyn Abbaszadənin ruhu var, qoymur “Azərsell”in dalğaları içəri girsin! :)

***

Gələcək nəsillər qəzet köşklərinin şəkillərini görəndə təəccüblənəcək! Köşklərdə qəzet satırdılar ki?! Niyə?! Ağıllı telefonlar yox idi ki?!

***

Saytını göstər kim olduğunu deyim!

***

Bəzən qeyri-ciddiyə varan Lüğət diskussiyaları bir lətifəvari əhvalatı yadıma saldı! Deməli, 90-cı illərdə qarlı havada xanəndələr - rəhmətlik Yaqub Məmmədov və Süleyman Abdullayev metroya minəsi olurlar! Yaqub müəllim stansiyanın adını oxuyur: “Əsəmi”. Yandakı gənc qızdan soruşur:

- Əsəmi nədi, a bala?

- Əmi, Əsəmi yox e, Əcəmi! Təzə əlifbaya keçmişik də! “S” olub “C”!

- Hə?! “S” “C” olub?! Onda Süleyman da oldu Cüleyman?! :)

***

“Çelsi”nin də gücü elə “Qarabağ”a çatırdı!..

***

Kondisioner orucu batil eləmir ki, görən?

YAZININ TAM VERSİYASINI "525-Cİ QƏZET"İN ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ

 





02.02.2019    çap et  çap et