525.Az

Gənclərin mütaliə mədəniyyəti müzakirə edildi


 

Gənclərin mütaliə mədəniyyəti müzakirə edildi <b style="color:red"></b>

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində 2 fevral - Gənclər Günü münasibətilə “Bugünkü gənclərin mütaliə mədəniyyəti müstəqil Azərbaycanın inkişafına istiqamətlənir” adlı tədbir keçirilib.

“Azərkitab”dan bildirilib ki, qurumun layihə rəhbəri Sabir Həsənov gənc nəslin milli ruhda yetişdirilməsi və onların nitq və təfəkkürünün formalaşmasında mütaliənin mühüm rol oynadığını qeyd edib. Bildirib ki, respublikada ilk böyük kitab mərkəzini yaratmaqda məqsəd kitaba dönmək, cəmiyyətdə kitaba marağın artırılması və insanların həyatında onun yerini və rolunu yüksəltməkdir.

S.Həsənov rəhbəri olduğu qurumda gənc istedadların üzə çıxarılması məqsədilə müsabiqələr, sərgilər, təqdimatlar keçirdiyini, eyni zamanda, aztəminatlı tələbələr, qaçqın və məcburi köçkünlər üçün kitab aksiyaları təşkil olunduğunu söyləyib. Natiq vurğulayıb ki, 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Gənclər Günü Ulu öndərin gənclərə göstərdiyi diqqət və qayğının göstəricisidir.

Gənclər Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq ölkəmizdə qeyd olunduğunu vurğulayan S.Həsənov deyib ki, Azərbaycanda hər il bugünkü gün bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər özlərinə yekun hesabatı verirlər.

Tədbirdə Milli Məclisin deputatları, tanınmış ziyalılar, elm adamları, o cümlədən, gənc nəslin nümayəndələri də iştirak ediblər.

 





03.02.2019    çap et  çap et