525.Az

Siseron - natiqliyin sinonimi


 

Siseron - <b style="color:red">natiqliyin sinonimi</b>

(Əvvəli ötən şənbə saylarımızda)

Siciliyalı getdikdən sonra Siseron kabinetində tək oturmuşdu, dəri şarı bir əlindən o bir əlinə atırdı, bu əllərini möhkəmləndirmək məşğələlərindən biri idi. O, “Rəqs edən Ustadın” və “Qabanın” yaxınlığını bilirdi. Onlar bir müddət bir yerdə olmuşdular. O düşünürdü ki, onun mövqeyində olan adam dəli olmalı idi ki, Hortensi və Verresə qarşı çıxıb özünü dolaşdırsın. Həm də bəzi siciliyalılar heç Roma vətəndaşları da deyildilər.

O, səhər tezdən qızı Tulliyanın əlindən tutub, küçədə hər kəsi öz adı ilə salamlayırdı və qulu Tirona dedi ki, siyasətdə birinci qayda sifəti heç vaxt yaddan çıxarmamaqdır. Şəhərdə küçə ilə gedəndə iki qulu onun sənədlərini aparırdı, bu sənədlərlə o, məhkəməyə gedəcəkdi. Bir düjün şikayətçi də Eskvilin təpəsindən düşürdü. Burada Siseron yaxşı tanınan şəxs idi, maraqlarını təmsil etdiyi dükançıların və tacirlərin qəhrəmanı idi. Onlar bir neçə il idi ki, onu müşahidə edirdilər. Hamı başını əyməklə onu salamlayırdı.

Həmin vaxt altı, ya yeddi məhkəmə, demək olar ki, öz daimi sessiyalarını keçirirdi, onların hər biri Forumun müxtəlif yerlərində yerləşirdi. Hər bir məhkəmənin pretoru öz binalarından bura gəlirdi və yarım düjün lektor onun yolunu adamlardan təmizləyirdi. Hortensinin özü bu vaxt pretor idi, o, Senat tribunasına tərəf gedirdi. Hortensinin Siserondan acığı gəlirdi, ancaq o, çox yaxşı maneralara malik idi, bu dəfə sadəcə olaraq onu görmədi.

Mərkəzi cinayət məhkəməsində on beş yaşlı Qay Popilli Layen məhkəmədə öz atasına ölümcül xəncər zərbəsi vurduğuna görə ittiham olunurdu. Böyük kütlə məhkəmə iclasının başlanmasını gözləyirdi. Romalılar məhkəməyə “tribunale” deyirdilər. Siseron müdafiə üçün sonuncu çıxışını etməli idi. Kifayət qədər nəzərlər ona dikilmişdi. Əgər o, jürini inandırmaqda uğursuzluğa uğrasa, oğlan ata qatili kimi məhkum ediləcəkdi. Çılpaq soyundurulub qana bulaşana qədər qamçılanacaq və sonra isə it, xoruz və gürzə ilə birlikdə kisəyə salınıb ağzı tikiləcək və həmin kisə Tibr çayına atılacaqdı.

Siseron müttəhimin dayısının yanında, müdafiə üçün nəzərdə tutulan skamyada oturmuşdu. O, müşahidəyə dalıb fikirləşdi ki, “Biz, həqiqətən də, bəraətə nail olmalıyıq, bu vaxt Popillini it, xoruz və gürzə ilə birlikdə ağzı tikilmiş kisədən azad edəcəyik”. O, müştərisinin təqsirkar olub-olmadığına görə heç vaxt təşviş hissi keçirmirdi, bu, məhkəmə üçün idi. O, ən yaxşı olan saydığı bir işi görmək istəyirdi, həm də Popilli Layen lovğalana bilərdi ki, onların nəsil şəcərəsindən dörd nəfər konsul çıxmışdır, onun özü də nə vaxtsa bu vəzifə üçün mübarizəyə başlasa, onlar ona dəstək verməyə borclu idilər.

Siseron qullarına dedi ki, özlərini narahatlıqdan qorumaq üçün çıxıb getsinlər, özü isə burada kifayət qədər yaxşı çıxış etmək istəyirdi. O, öz müştərisinə tərəf nəzakətlə əyilib dedi:

- Günaydın, Popilli, mən inanıram ki, biz tezliklə, bunu həll edəcəyik.

Sonra qulu Tirona tərəf dönüb de

di:

- Mənim sənə daha mühüm tapşırığım var. Qeyd dəftərçəni mənə ver. İstəyirəm ki, sən Senat binasına gedəsən, orada baş məmuru tapasan və görəsən ki, bu günorta buradakı qaydaya təsir etmək üçün belə bir kağızı əldə etmək şansı varmı? O, sürətlə yazdı: “Bizim siciliyalı dostumuza heç nə demə. Böyük təhlükə vardır. Biz ehtiyatla hərəkət etməliyik, əlverişli vaxt gələndə addım atmalıyıq”.

O, kağızda yazmışdı: “Bu binanın rəyi elədir ki, əyalətdə qadağan olunan ağır cəza ilə, adamların özü məhkəmədə iştirak etmədən, onları ittiham etsin”. Beləliklə, o, öz böyük rəqibinə axırıncı çağırışını etmək istəyirdi. Bu, əslində, müharibə bəyannaməsi idi.

Celli Publikola noyabr ayı üçün sədrlik edən konsul idi. O, köhnə məktəbə məxsus olan səfeh hərbi komandan idi. O, filosofları heç sevmirdi.

Məhkəmədə Siseron artıq çıxışına başlamışdı. O deyirdi ki, əgər gənc Popilli bəraət alsa, öz ömrünün qalan hissəsini hərbi xidmətə həsr edəcəkdir. Bu vaxt ittihamçı, jüri və həm də onun öz müştərisi bütünlüklə təəccüb içərisində idilər. Bu, sadəcə hiyləgərlik idi. Böyük vəkil planlaşdırılmış digər çıxışa malik idi.

Bu, təbii bir şeydir ki, heç də bütün siyasətçilər böyüklüyə nail ola bilmirlər. O vaxt Senatda işlərini davam etdirən 600 adamdan yalnız 8-i məhkəmələrdə sədrlik etmək üçün hər il pretor seçilə bilərdi və onların yalnız ikisi konsul imperium-u (hakimiyyətini) əldə etmək üçün daha uzağa gedə bilərdi. Başqa sözlə, bu sayda adamların yarısından çoxu Senatdan kənarda, ümumiyyətlə, heç bir vəzifəyə seçilə bilməzdi. Onlar aristokratlar olmaqla “pedarii” - öz ayaqları ilə səs verənlər adlanırdılar. Həm də bu vətəndaşlar respublikanın onurğa sütunu - bankirlər, biznesmenlər və İtaliyanın hər tərəfindən olan torpaq sahibləri idilər; varlı, nəzakətli və vətənpərvər adamlar idilər. Siseron kimi, onlar çox vaxt “yeni adamlar” olmaqla, öz nəsillərində ilk dəfə olaraq Senata seçkini udmuşdular.

Qədim ənənəyə görə, bu, sonra da davam etdirilirdi. Senatın qapıları açıq saxlanılırdı ki, xalq müzakirələri eşidə bilsin. Celli çıxışında cəbhəni tərk edən ordu komandirləri haqqında danışırdı. Bütün üç cəbhədən gələn xəbərlər yaxşı idi. Cənubi İtaliyada çox varlı Mark Krass,- o, bir dəfə lovğalanmışdı ki, nə qədər ki, təkcə öz gəliri hesabına 5 min nəfərdən ibarət legion saxlaya bilir, heç kəs onunla müqayisədə özünü varlı adlandıra bilməz, - Spartakın qul üsyanını böyük qəddarlıqla yatırtmışdı. İspaniyada Böyük Pompey 6 illik vuruşdan sonra qiyamçı orduların axırıncısını məhv etmişdi. Kiçik Asiyada Lutsi Lukull çar Mitridat üzərində şərəfli qələbəyə sevinirdi. Onların məlumatları oxunduqda hər birinin müdafiəçiləri qalxıb öz patronunun nailiyyətlərini tərifləyirdi. Onun rəqiblərinin etdiklərinə isə heç əhəmiyyət vermirdilər.

Krass Pompeyə nifrət edirdi və Pompey öz legionları ilə gəlib çıxana qədər bütöv etimadı qazanmaq üçün Spartakı tam məğlub etməyi qərara almışdı. Pompey də Krassa nifrət edirdi və Spartakın sonunun şərəfini özü qazanmaq istəyirdi. Buna görə o, triumf xalatı qazana bilərdi. Pompey sonda gəlib Spartakın ordusunun qalıqlarını məhv etməsi ilə lovğalanıb deyirdi ki, “alağı kökündən yalnız o çıxartdı”. Krassla Pompeyin hər ikisi həm də Lukulla nifrət edirdilər. Çünki o, daha cazibədar komandaya malik idi.

Siseron Senatda çıxış etməyə başladı, o, çox sakit və əvvəlində utancaq şəkildə danışırdı. Çalışırdı ki, dinləyicilər qulaqlarını ona diksinlər:

- Şərəfli üzvlər, ordudakı bizim adamların hesabatını müqayisə etdikdə, hansını ki, biz eşitdik, mən bərkdən deyəcəyim kiçik bir şeydən qorxuram.

Bu vaxt onun səsi yüksəldi:

- Lakin əgər bu nəcib evdə artıq qulaqların günahsız insanın şikayətini eşitməyəcəyi bir vaxt gəlib çatsa, onda onların bütün cəsarətli işləri qiymətsiz olacaqdır və bizim əsgərlər əbəs yerə qan axıtmalı olacaqlar.

Onun yaxınlığındakı skamyalardan razılıq pıçıltıları eşidildi.

- Bu səhər mənim evimə tam günahsız olan bir adam gəlmişdi, ona bizim sıradan olan birinin münasibəti o qədər biabırçı, elə dəhşətli və qəddar olmuşdur ki, allahlar özləri də bunu eşitsələr, ağlamalı idilər. Mən bu yaxınlaradək bədbəxt, düzgün idarə olunmayan və düzgün qiymətləndirilməyən Siciliya əyalətində yaşayan və Termedən olan Stenini nəzərdə tuturam.

“Siciliya” sözü eşidildikdə Hortensi yüngül qaydada yerində fırlandı. O, Siserondan gözünü çəkmədən dönüb Kvintlə pıçıldaşmağa başladı. Axırıncı Metell qardaşlarının yaşca böyüyü idi.

Siseron öz iri addımları ilə irəliləyərək, uğurlu bir qaydada hədəfi vururdu. Molonun yanından qayıtdıqdan sonra, onun, Demosfenin müəllifi olduğu “çatdırmaq, çatdırmaq, çatdırmaq” resepti Siseronun ağlında möhkəm qalmışdı. O, çox sayda saatlarını teatrda keçirmişdi, aktyorların metodlarını öyrənmişdi və pantomima, parodiya (təqlid) etmək üçün xeyli ustalıq əldə etmişdi. Azacıq səsini qaldırmaqdan və jestdən istifadə etməklə, özünün istədiyi xarakterdə olan çıxışlarını şüurlara həkk etdirməyi bacarırdı.

Siseron deyirdi:

- Steni sadəcə bir oğrudan deyil, bizdən himayə güdür, o adamlardan ki, onlar oğruları cəzalandırmağı nəzərdə tuturlar.

Bu sözləri deyəndən sonra o, çıxışını qurtardı. Hortensi isə uca səslə öz çıxışına başladı:

- Senatorlar, biz burada kifayət qədər uzun müddət oturmuşuq. Bu nəcib binada bir nəfər opportunizm toxumu səpmək istəyir. Bizim qarşımızda qeyri-müəyyən hərəkətlər edilir və bu, bircə adama aiddir. Bizcə, heç bir təklif verilmədi ki, nəyisə müzakirə edək. Biz əmin ola bilmərik ki, eşitdiyimiz həqiqətdir. Qay Verres - bu qaydanın böyük üzvü özünü müdafiə etmək imkanına malik olmadan ittihama məruz qaldı. Mən tələb edirəm ki, elə bu dəqiqəcə iclas bağlansın.

Hortensiyə aristokratlar əl çaldılar. Senat respublikanı idarə edən ali qanunvericilik orqanı olması ilə yanaşı, onda bir sıra varlı ailələrin nümayəndələri aparıcı rol oynayırdılar. Bunu hamı bilirdi. Siseron görkəmli rəqibinə cavab vermək üçün yerindən qalxdı:

- Senator görünür, qeydi oxumamışdır. Qay Verres barəsində hansısa bir xatırlama vardırmı? Mən Senatdan xahiş etmirəm ki, Qay Verres haqqında səs versin. Bu, Qay Verresin özünün olmadığı vaxt heç də düzgün mühakimə olmazdı. Qay Verres burada yoxdur ki, özünü müdafiə etsin. İndi biz bu prinsipi qoyduq, Hortensi onu mənim müştərim üzərinə də şamil edəcəkdirmi və razılaşacaqdırmı ki, onun özü olmadığı yerdə o, mühakimə edilsin və ya aristokratlar üçün bir qanun, qalan adamlar üçün tam başqa qanun vardırmı?

Qapı ağzındakı kütlə sevinclə qışqırırdı. Siseron sakitliyi bərpa etmək üçün tezliklə əlini qaldırdı:

- Çox yaxşı. O vaxtdan ki, Hortensinin obyektləri orijinal hərəkətlərinin qeyri-müəyyənliyinə yönəlmişdir, qoy, biz heç bir şübhə etməyənləri çərçivəyə salaq. Mən düzəliş təklif edirəm: “Haradasa özü olmadan Steni ittiham edilirsə, razılaşırsınız ki, onun özü olmayanda bu, onun üzərində aparılan heç bir mühakimə deyildir və əgər hər hansı belə bir mühakimə artıq baş vermişdirsə, o da hüquqi qüvvəsi olmayan sayılsın”. Və mən deyirəm: “Gəlin indi buna səs verək və Roma Senatının ən yüksək ənənələrində günahsız adamı çarmıxa çəkmək kimi ölümcül cəzadan xilas edək!”

Konsul ayağa qalxıb dedi:

- Təklif edilmişdir. Başqa hansısa bir üzv danışmaq istəyirmi?

Katul ayağa qalxıb dedi:

- Mən inanıram ki, çıxış etməliyəm. Bəli, mən inanıram ki, bəzi şeyləri deməliyəm. Mən danışacağam, - deyə o, təkrar etdi, - və mənim birinci deyəcəyim odur ki, bu gənc adam - o, Siserona işarə etdi, - Roma Senatının ən yüksək ənənələri barədə heç nə bilmir, ona görə də o, belə düşünür ki, heç bir senator, onun sifəti istisna olmaqla, digərinə hətta hücum edə bilməz. Mən düşünürəm ki, köhnə dövrün müdrik adamı demişdir: “İrsiyyətin bir untsiyası ləyaqətin bir funtuna bərabərdir”.

(Ardı var)

 





04.02.2019    çap et  çap et