525.Az

V.Bostinaru: “Ermənistan işğala son qoymalı və bunu qeyd-şərtsiz etməlidir”


 

V.Bostinaru: “Ermənistan işğala son qoymalı və bunu qeyd-şərtsiz etməlidir”<b style="color:red"></b>

“Beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri vasitəsilə məsələyə münasibəti tam aydın ifadə olunub: Ermənistan işğala son qoymalı və əlbəttə ki, bunu qeyd-şərtsiz etməlidir. Bu mövqe beynəlxalq hüquqa uyğun olaraq, tam dəstəyə layiqdir”.

Belə bir bəyanatla Avropa Parlamentinin üzvü, Regional İnkişaf və Petisiya Komitələrinin üzvü Viktor Bostinaru Avropa Azərbaycan Cəmyyətinin (AAC) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sorğusunu cavablandırarkən çıxış edib.
 
Avropa Azərbaycan Cəmyyətindən 525.az-a verilən məlumata görə, Viktor Bostinarunun bəyanatında deyilir:

“Azərbaycan əhalisi 9 milyon olan bir ölkədir ki, bu əhalinin də bir milyonu məcburi köçkündür. Eləcə də, ölkə ərazisinin beşdə biri işğal olunub. Bu rəqəmlər həyəcan təbili çalmaq üçün yetərlidir və geniş ictimaiyyətin bundan xəbəri yoxdur. Bu böyük yükün aradan qaldırılmasının həlli yolu yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə mümkündür.

Azərbaycan Avropa üçün yalnız enerji məsələlərində  mühüm tərəfdaş deyil. Biz, eləcə də, təhlükəsizlik siyasəti üzrə terrorizmlə mübarizə kimi sahələrdə  də yaxından əməkdaşlıq edirik. Mədəniyyət və təhsil sahəsində də əlaqələrimiz getdikcə möhkəmlənir. Bu baxımdan da, Azərbaycanın öz legitim hüquqlarını  əldə etmə haqqı tanınmalıdır.

Sülh danışıqlarında durğunluq, əslində, böyük problemdir. Dağlıq Qarabağ və digər işğal altındakı  ərazilər üzərində münaqişə 20 ildir ki, öz həllini tapmamışdır. Eləcə də, Cənubi Qafqaz Avropa üçün həm siyasi, həm də iqtisadi baxımdan mühüm qonşu regiondur. 2008-ci ildə Gürcüstanla Rusiya arasındakı münaqişə təhlükəsizlik şəraitinin necə sürətlə dəyişə biləcəyini göstərdi. Odur ki, sülh danışıqlarının faydalı nəticələrlə  başa çatması Avropanın çox marağında olan məsələdir”.

 





10.09.2013    çap et  çap et