525.Az

"Artım" layihə məkanı yeni müsabiqə keçirir


 

"Artım" layihə məkanı yeni müsabiqə keçirir<b style="color:red"></b>

"Artım" layihə məkanı yerli rəssamlara göstərdiyi dəstək proqramı çərçivəsində, yeni açıq müsabiqə elan edib.

Müsabiqə İçərişəhərdə, Qüllə küçəsində açıq havada quraşdırılacaq art obyekt üçün aparılır. Art obyekt xüsusi olaraq "Artım" layihəsinin əsas mahiyyətini vurğulamalıdır. Müsabiqə martın 8-dək davam edəcək.

Açıq müsabiqədə iştirak üçün peşəkar və həvəskar rəssam, heykəltəraş, memar, dizayner və digər yaradıcı peşə sahiblərinin müraciətləri qəbul olunur. Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti yoxdur. Hər iştirakçı istənilən sayda təklif göndərə bilər.

Göndərilən təkliflər "Artım" layihəsinin konseptinə uyğun, diqqəti cəlb edən, kreativ, qeyri-adi yanaşma təklif edən, İçərişəhərdə yeni turizm obyektinə çevrilə biləcək və ətraf təsirlərə dözümlü materialdan olmalıdır.

Təklifləri [email protected] e-mail ünvanına göndərərkən, aşağıdakı məlumatları qeyd etmək mütləqdir: Müəllifin adı, soyadı, əlaqə telefonu, Art-obyektin yazılı təsviri (konsept və texniki şərtlər), Art-obyektin eskizləri.

Layihə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə əməkdaşlığa əsasən həyata keçirilir.

 





05.02.2019    çap et  çap et