525.Az

Azərbaycan-İran münasibətlərinin kəskinləşməsində kimlər maraqlıdır?


 

Azərbaycan-İran münasibətlərinin kəskinləşməsində kimlər maraqlıdır? <b style="color:red"></b>

Novruz MƏMMƏDOV

 

Müasir dövrdə beynəlxalq münasibətlər sistemində informasiya mühüm, bəlkə həlledici əhəmiyyətə malikdir. İnformasiyanın ötürülməsi hadisələrə sürətli təsir, geniş auditoriya nüfuz, siyasi iqtisadi təzyiq vasitəsi kimi böyük rol oynayır. Bu baxımdan əsas informasiya təminatçısı olan mətbuat geosiyasətdə mühüm aktordur. Hazırda dünyanın informasiya təminatından olduqca asılı olduğunu nəzərə aldıqda, demokratik ədalətli mətbuatın üzərinə böyük düşür. Tarix dəfələrlə şahid olmuşdur ki, mətbuatda yayılan hər hansı bir informasiya ya dezinformasiya hətta dövlətlərarası münaqişələrə səbəb ola bilir.

 

Bu gün dünyada qlobal media qurumları informasiya axınını inhisara alıblar. Əksər qlobal mətbu orqanları dünyanın ən güclü xəbər agentliklərinin məlumatlarını alıb ötürməklə məşğuldurlar. “Reuters” (London), “Associated Press” (Nyu-York), “CNN” (Atlanta), “New York Times Servis” (Nyu-York), “Agence France-Press” (Paris) kimi xəbər agentlikləri planetdə böyük şəbəkə qurublar   dünya ictimaiyyətini informasiya ilə təmin edirlər. Məsələn, “Reutersagentliyinin 94 ölkədə 200 şəhərdə bürosu var, “Associated Press”-in 120 ölkədə 243 bürosu var 1700-dən çox qəzet, 5000-dən çox televiziya radio bu xəbər agentliyinin məlumatlarını efirə ötürür. Belə olan halda isə informasiya təminatı daha çox monopoliyaya xidmət edir məqsədli olur. Dünya ictimaiyyəti bir sıra hallarda reallıqla deyil, bu agentliklərin istədiyi şəkildə məlumatlandırılır. Müşahidələr göstərir ki, bu media nəhənglərinin məqsədlərinə uyğun gəlməyən xəbərlərin dünya ictimaiyyətinə çatdırılması praktiki olaraq mümkün deyil.

 

Azad mətbuat demokratiyanın da mühüm prinsiplərindən biridir. Lakin gəlin baxaq dünyada təmərküzləşmiş siyasiləşmiş bu qurumların başlıca məqsədi nədir? Keçən əsrin sonlarına doğru qlobal medianın müəyyən qrupların əlində cəmlənməsi ilə artıq siyasiləşmiş mətbuat informasiya təminatı deyil, informasiya təzyiqi vasitəsi funksiyasını yerinə yetirməyə başladı. Bu gün beynəlxalq münasibətlər sistemində informasiya müharibəsi ən böyük siyasi, ideoloji dini mübarizə meydanına çevrilmişdir. Dövlətlər arasında, şirkətlər arasında, hətta fərdlər arasında informasiya müharibəsi mətbuat vasitəsilə aparılır.

 

Bu günlərdəJerusalem PostqəzetininReutersagentliyindən götürərək dərc etdiyi məqalədə müxtəlif qüvvələrin siyasi maraqları özünü göstərir. Bu məqalə bütövlükdə yalan uydurma məlumatlar üzərində qurulmuşdur məkrli niyyətlərlə yazıldığı şübhə doğurmur. “Reutersagentliyinin bir neçə dəfə belə materiallar dərc etməsinin, bu agentliyin Azərbaycana xüsusi qərəzli münasibətinin artıq şahidi olmuşuq. Agentliyin maraqlarını dəyərləndirdikdə burda təəccüblü nəsə axtarmağa ehtiyac yoxdur. Qərəzli mövqeyin arxasında nələrin dayandığı hər kəsə məlumdur.

 

AmmaJerusalem Postisə öz addımı ilə sanki Azərbaycan ilə İsrail arasında münasibətlərdə bir narazılıq yaratmaq istəyir. Əgər belə niyyəti olmasaydı, qəzetin jurnalistlərinin İsrailin məsul rəsmi dairələrindən məsələ ilə bağlı doğru məlumat alıb bu informasiyaya aydınlıq gətirməsinə mane olurdu?

 

Jerusalem Postun məqsədi nədir? Məqaləni olduğu kimi verərək orada iddia edilənləri təsdiq etmək deməkdir? Sanki yazılanlar heç bir şübhə doğurmur, həqiqətdir. Qərəzsiz media isə həqiqəti araşdırmaq üçün ekspertlərin, hər iki tərəfin rəsmi dairələrinin mövqeyini əks etdirməli idi. AmmaJerusalem Posthesab edirsə ki, bu yazını dərc etməklə Azərbaycan-İsrail əlaqələrinə xidmət edir, yanılır. Lakin bu yazılanların həqiqətə uyğun olmadığını bilə-bilə mətbuata çıxarmaq başqa niyyətdən xəbər verir. Bu da təəccüb doğurur. “Jerusalem Post”-un belə qərəzli yazısı düşünməyə məcbur edir. Nəzərə alsaq ki, İsrail mətbuatında oxşar yazılar əvvəllər olub, təəssüf etmək lazım gəlir.

 

Məlumdur ki, son dövrlər bizim regionda geosiyasi vəziyyət olduqca gərgindir. İranla Qərb arasında münasibətlər kəskinləşmişdir, bu ölkəyə qarşı sanksiyalar tətbiq olunur anti-İran koalisiyası yaranmışdır. Belə bir şəraitdə region ölkələrini bu mübarizədə istifadə etməyə çalışırlar. Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır. Dövlət rəhbərliyi səviyyəsində bildirilmişdir ki, Azərbaycan ümumiyyətlə ərazisində hər hansı bir ölkənin hərbi qüvvələrinin yerləşməsinə icazə vermir. Azərbaycan öz ərazisindən İrana qarşı hər hansı əməliyyatlar aparılmasına qətiyyən yol verməyəcəkdir. İran Azərbaycan dərin tarixi köklərə söykənən dost qonşu ölkələrdir. Bu münasibətlərin yaxşı olması bir çox qüvvələri narahat edir. Böyük güclərin maraqları ilə bu dostluq uyğun gəlmir.

 

Eyni zamanda Ermənistan da Azərbaycan-İran münasibətlərinin gərgin vəziyyətdə qalmasında maraqlıdır bunun üçün hər iki tərəfi qıcıqlandırmağa yönəlmiş dezinformasiyalar yaymaq Ermənistan xarici siyasətinin yalan maşınının gündəlik fəaliyyət istiqamətini təşkil edir. İndiki halda isəReutersin materialı ermənilərin əlinə fürsət verir. Təsadüfi deyil ki, “Jerusalem Post”-da dərc olunan məqalə erməni mətbuatında geniş işıqlandırıldı, müxtəlifekspertlərbu yalançı arqumentdən geninə-boluna istifadə etdilər. Azərbaycan tərəfindən bu məlumatların həqiqətəuyğun olmadığı barədə səslənən bəyanatlara isə erməni mətbuatındaAzərbaycan qorxdu”, “Azərbaycan geri çəkildisərlövhəli yazılarla reaksiya verilməsinin özünü provokasiyanın davamı hesab etmək olar.

 

Məqalədə istinad edilən mənbələr məsələnin mahiyyətinə varmağa imkan verir. Adı açıqlanmayan siyasi mənbələrin, keçmiş hərbçilərin, rus mütəxəssislərin ehtimal olunan subyektiv düşüncələri bu dezinformasiyanın zəif bəndləridir. Təəssüflər olsun ki, məqalədə yeganə adı çəkilən mənbə olaraq istinad edilən Rasim Musabəyov da qaldırılan məsələ ilə bağlı konkret birmənalı mövqe bildirmir. Amma kim-kim, xarici siyasət sahəsində mütəxəssis Rasim Musabəyov Azərbaycanın məsələ ilə bağlı konkret qəti mövqeyini bilməmiş deyil.

 

ReutersinaraşdırmasındaABŞ-ın guya İranla bağlı planlardan uzaq tutulması, İsrailin təkbaşına İranı vurmaq planları bu yöndə əsas köməkçi kimi Azərbaycandan istifadə etməsi ilə bağlı iddiaları məsələnin əsl mahiyyətini üzə çıxarır. Axı bütün dünya İsrail ilə ABŞ arasında münasibətlərdən xəbərdardır. Bəzən bu ölkələr arasında hər hansı məsələ ilə bağlı fikir ayrılıqlarının olması gözəl bir tamaşadan başqa bir şey deyil. Bu məsələdə İranın fikrini yayındırmaq, Azərbaycanla İranın münasibətlərini kəskinləşdirməyin kimlərə sərf etdiyini nəzərə alsaq, “Reutersin dezinformasiyasının hansı qüvvələr tərəfindən sifariş verildiyi bəlli olar. Lakin təəssüf doğuran məqamlardan biri odur ki, İran İslam Respublikasında da bəzi dairələr məsələ ilə bağlı həqiqəti Azərbaycanın birmənalı mövqeyini bilsələr , belə yalan, uydurma materiallardan öz məqsədləri üçün istifadə etməyə, iki ölkə arasında münasibətləri kəskinləşdirməyə çalışırlar.

 

Görünür, Azərbaycanla İran arasında münasibətlərin normal davam etməsi kimlərisə qane etmir. Son dövrlər müəyyən problemlər yaşayan iki qonşu ölkə arasında münasibətlər yaxşılaşmağa doğru gedir. İranın Vitse-Prezidenti Azərbaycana səfər etmiş, Prezident Mahmud Əhmədinejadın məktubunu Azərbaycan Prezidentinə təqdim etmişdir. Münasibətlərin istiləşməsi əvvəlki səviyyəyə qaldırılması üçün qarşılıqlı addımlar atılır. Hamıya məlumdur ki, müstəqilliyini qazandığı dövrdən Azərbaycan tarazlaşdırılmış, çoxvektorlu, öz milli maraqlarına uyğun müstəqil xarici siyasət həyata keçirir heç bir koalisiyada iştirak etmir. Qonşu dövlətlərlə əməkdaşlıq qarşılıqlı hörmət, qarşılıqlı maraq bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında həyata keçirilir. Ona görə , “Reutersin timsalında bu provokasiyada iştirak edənlər bir daha bilməlidirlər ki, Azərbaycan öz müstəqil xarici siyasət kursuna sadiqdir, heç bir siyasi oyunda iştirak etmir etməyəcəkdir.

 

P.S. Etibarlı mənbədən alınan məlumata görə, “ReutersAssociated PressagentlikləriReuters”-in məqaləsini dünyanın bir sıra ölkələrində, xüsusilə Pakistan digər müsəlman ölkələrində dərc etmək üçün bu ölkələrə təzyiq göstərirlər.

 

Newtimes.az

 

 





09.10.2012    çap et  çap et