525.Az

“Versace” şirkətindən Azərbaycana qarşı hörmətsizlik


 

“Versace” şirkətindən Azərbaycana qarşı hörmətsizlik<b style="color:red"></b> Məşhur “Versace” şirkətinin sifarişi ilə İtaliya şirkətləri Qarabağda geyim malları istehsalına hazırlaşırlar.

Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu qondarma Dağlıq Qarabağ Respublikasının baş nazirinin müavini Artur Aqabekayan söyləyib.

O bildirib ki, bu gün İtaliya şirkətləri iş şəraiti ilə tanış olmaq üçün Xankəndinə gələcəklər. Artur Aqabekayan italyanlar üçün  keçmiş Qarabağdakı İpək Kombinatının ərazisində 3,5 min kv.m sahə ayırmağa hazır olduqlarını bildirib. Həmin kombinatda hazırda 4 şirkət fəaliyyət göstərir. Artur Aqabekayan keçmiş İpək Kombinatında yüngül sənaye sahəsi yaratmaq niyyətində olduqlarını bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Lent.az-a açıqlamasında deyib ki, Xarici İşlər Nazirliyi “Versace” şirkəti ilə bağlı yayılmış məlumatlar araşdırır.
 





11.09.2013    çap et  çap et