525.Az

“Gəncliyin səsi” festivalına yekun vuruldu


 

“Gəncliyin səsi” festivalına yekun vuruldu <b style="color:red"></b>

Fevralın 5-də Azərbaycan Dövlət Musiqili Teatrında mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Nazirliyin və Agentliyin əməkdaşları, həmçinin ASAN könüllüləri və digər qonaqların iştirakı ilə “Gəncliyin səsi” festivalının bağlanış mərasimi baş tutub.

Gənclər günü münasibətilə 2016-cı ildən Mədəniyyət Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə təşkil olunan festivalın bağlanış mərasimində “ASAN Könüllüləri”nin təqdimatında “Vəfalı Səriyyə” tamaşasının premyerası keçirilib.

Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq səhnələşdirilən tamaşa “ASAN Könüllüləri”nin ərsəyə gətirdiyi sayca 20-ci səhnə əsəridir.

Tamaşadan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək “Gəncliyin səsi” festivalının artıq ənənə halını aldığını, layihənin gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, nailiyyətlərinin dəstəklənməsi və yeni simaların aşkar edilməsi məqsədi daşıdığını qeyd edib, tamaşanın hazırlanmasında göstərilən dəstəyə görə, Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi və gənclərə uğurlar arzulayıb.

Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova da gənclərə təşəkkür edərək bildirib ki, tamaşa böyük ədibin yubileyinə töhfədir.

O, “ASAN Könüllüləri”nin bundan öncə C.Cabbarlının “Aydın” və “Solğun çiçəklər” əsərlərini də tamaşaya qoyduqlarını diqqətə çatdırıb.

Daha sonra “ASAN Könüllüləri” təşkilatının sədri Səbinə Cabbarova, Dövlət Agentlyinin İnsan resursları və təlim şöbəsinin müdiri Orxan Dəmirli çıxış edərək gənclərin yaradıcılıq imkanlarının üzə çıxarılmasına zəmin yaradan festivalın önəmindən bəhs ediblər.

Tamaşanın quruluşçu rejissoru Könül Hüseynliyə və digər iştirakçılara təşəkkürnamələr təqdim edilib.

 





06.02.2019    çap et  çap et