525.Az

Şamaxıda dayandırılan qaz təchizatı qısa müddətdə bərpa olunacaq


 

Şamaxıda dayandırılan qaz təchizatı qısa müddətdə bərpa olunacaq <b style="color:red"></b>

Fevralın 5-də gecə saat 12 radələrində Dağlıq Şirvan iqtisadi rayonunda baş vermiş zəlzələnin təsirindən Şamaxı rayonunda 5 nöqtədə küçə qaz xətləri zədələnib.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı Ağsu Regional Qaz İstismarı İdarəsinə məlumat daxil olan kimi Şamaxı rayonunun qaz təchizatı dayandırılıb və əməliyyat qrupunun əməkdaşları zəlzələ nəticəsində zədələnmiş, qırılmış qaz xətlərinə baxış keçiriblər.

Şamaxı rayonunun əhalisinin təbii qaz təchizatında yaranmış fasilənin tez bir zamanda aradan qaldırılması üçün artıq “Azəriqaz” İstehsalat Birliyinin aidiyyəti qurumları tərəfindən səhər saatlarından zədələnmiş qaz kəmərlərində təmir-bərpa işləri aparılır və işlərin günorta saatlarına kimi başa çatdırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra Şamaxı rayonunun bütün yaşayış məntəqələrinə təbii qazın verilişi tam bərpa olunacaq.

 





06.02.2019    çap et  çap et